Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

Sabiq rektorlarımız

Çingiz Əliyev

Kapitan rütbəsinədək yüksəlmiş dənizçi. Akademiyaya əvvəlcə prorektor, sonra rektor kimi rəhbərlik edib.

Bioqrafiya

Əliyev Çingiz Mansur oğlu 1963-cü il yanvarın 5-də Bakı şəhərində anadan olub.

1986-cı ildə Leninqrad Su Nəqliyyatı İnstitutunu gəmi mühəndisliyi ixtisası üzrə bitirib.

1987–1993-cü illərdə «Xəzərdənizneftdonanma» idarəsində kapitan köməkçisi vəzifəsindən kapitan rütbəsinədək yüksəlib. 1993–1996-cı illərdə həmin idarədə dənizdə təhlükəsiz üzmə xidməti üzrə rəis müavini, 1996–2006-cı illərdə British Petroleum şirkətində dəniz işləri üzrə rəis, 2006–2013-cü illərdə «Caspian Marine Services» LTD şirkətində direktor vəzifələrində çalışıb.

2013-cü ildən Azərbaycan Dövlət Dəniz Akademiyasının beynəlxalq əlaqələr üzrə, 2014–2015-ci illərdə isə tədris və tərbiyə işləri üzrə prorektoru olub. Həmçinin «Naviqasiya» kafedrasının dosenti kimi fəaliyyət göstərib.

«Caspian Marine Services» LTD şirkətində işlədiyi dövrdə «Silindr oymaqlarının xarici səthinə məsaməli örtük çəkməklə dizel mühərriklərinin uzunömürlülüyünün artırılması» mövzusunda dissertasiya müdafiə edərək texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

17 elmi məqalənin, 2 dərsliyin, 1 monoqrafiyanın və 7 dərs vəsaitinin müəllifidir.