Gəmi energetik qurğularının istismarı mühəndisliyi
- FakültəGəmi mexanikası və elektromexanikası fakültəsi
- DərəcəBakalavriat
- Müddət4 il
- Təhsil formasıƏyani
- Kredit240
- Şifr6006012
Proqram haqqında
Bakalavriat səviyyəsinin «Gəmi energetik qurğularının istismarı mühəndisliyi» ixtisası üzrə Təhsil Proqramı «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanununa, Nazirlər Kabinetinin müvafiq qərarlarına, «Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların (proqramların) Təsnifatı»na və «Dəniz nəqliyyatı gəmilərində xidmət Nizamnaməsi»nə (DNGXN) uyğun hazırlanmışdır.
Proqram Azərbaycan Respublikasının üzvü olduğu Beynəlxalq Dəniz Təşkilatının (IMO) sənədlərinə əsaslanır: «Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair» 1978-ci il tarixli Beynəlxalq Konvensiya (STCW-78, əlavələrlə — A-III/1 və A-III/2 bölmələri), SOLAS-74, MARPOL 73/78, eləcə də IMO-nun 7.02 və 7.04 nömrəli Model Kursları.
Proqramın məqsədləri
- İxtisas üzrə məzunun kompetensiyalarını, ixtisasın çərçivəsini, fənlər üzrə tədris və öyrənmə metodlarını, qiymətləndirmə üsullarını və təlim nəticələrini müəyyənləşdirmək
- Kadr hazırlığı üçün infrastruktura və kadr potensialına olan tələbləri müəyyən etmək
- Tələbənin təcrübə keçmə, işə düzəlmə və təhsilini artırma imkanlarını müəyyənləşdirmək
- Tələbələri və işəgötürənləri məzunların əldə etdiyi bilik və bacarıqlar barədə məlumatlandırmaq
Mənbə: Təhsil Proqramı, 2020
Karyera imkanları
«Gəmi energetik qurğularının istismarı mühəndisliyi» ixtisası üzrə bakalavrların peşə fəaliyyətinin əsas istiqamətləri:
- Ümumpeşə — gəmi maşın qurğularının istismarı və idarə edilməsi
- İstismar-texnoloji və servis — mexanizmlərin texniki istismarı, təmiri və texniki xidməti
- Elmi-tədqiqat — gəmi energetik qurğularının səmərəliliyi üzrə tədqiqat fəaliyyəti
- İstehsalat-texnoloji — gəmi təmiri və texniki xidmət müəssisələrində fəaliyyət
- Təşkilati-idarəetmə — maşın komandasının idarə edilməsi və təşkilatçılıq
Təhsil müddətində əldə olunan bilik, bacarıq və yanaşmalar məzunların müstəqil şəkildə ömürboyu təhsil almaları üçün ilkin şərtlərdəndir.
Mənbə: Təhsil Proqramı, 2020
Kompetensiyalar
Ümumi kompetensiyalar
- İxtisası üzrə Azərbaycan dilində şifahi və yazılı kommunikasiya bacarıqları
- İxtisası üzrə ən azı bir xarici dildə (ingilis dili daha məqsədəuyğundur) kommunikasiya bacarıqları
- Azərbaycan dövlətçiliyinin tarixi, hüquqi, siyasi, mədəni və ideoloji əsasları, müasir dünyadakı yeri və rolu barədə sistemli biliklər
- Milli dövlətimizin qarşılaşdığı təhdid və riskləri müəyyən etmə bacarığı
- İş yerində informasiya texnologiyalarından istifadə qabiliyyəti
- Komandada işləmək və problemin həllinə ortaq yanaşma bacarığı
- Yeni şəraitə uyğunlaşmaq, təşəbbüs irəli sürmək qabiliyyəti və uğur qazanmaq iradəsi
- Peşəkar məqsədlər üçün müvafiq məlumatı təhlil etmək, ümumiləşdirmək və tətbiq etmək bacarığı
- Peşəkar fəaliyyətini planlaşdırmaq, vaxtı idarə etmək və tapşırıqları vaxtında tamamlamaq qabiliyyəti
- Fəaliyyətində sosial və ekoloji məsuliyyət, vətəndaş şüuru və etik yanaşma
- Bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə özünüqiymətləndirmə və özünütənqid bacarığı
- Peşə fəaliyyətində təbiət elmlərinin əsas qanunlarından, riyazi metodlardan və modelləşdirmədən istifadə bacarığı
Peşə kompetensiyaları
- Maşınqazan şöbəsində təhlükəsiz növbəçəkmə bacarığı
- Baş qurğuların, köməkçi mexanizmlərin və onlarla əlaqəli idarəetmə sistemlərinin istismarı
- Yanacaq, yağlama, ballast və digər nasos sistemlərinin istismarı
- Elektrik və elektron avadanlığının istismarı, təmiri və texniki qulluğu
- Gəmi mexanizmlərinin və avadanlıqlarının təmirinə və texniki qulluğuna dair bacarıqlar
- Dənizin çirklənməsinin qarşısının alınmasına dair tələblərin yerinə yetirilməsi (MARPOL 73/78)
- Gəminin üzmə qabiliyyətinin saxlanması, oturma və davamlılığa nəzarət
- Yanğının aradan qaldırılması, xilasedici vasitələrdən və ilk tibbi yardım vasitələrindən istifadə
- Mühərrik qurğusunun və köməkçi mexanizmlərin işinin idarə edilməsi, qiymətləndirilməsi və təhlükəsizliyinin saxlanması
- Texniki xidmət və təmirin təhlükəsiz və effektli idarə edilməsi, nasazlıqların aşkarlanması və aradan qaldırılması
- Qəza hallarında əməliyyatlar planının hazırlanması və gəminin yaşamaq uğrunda mübarizəsi
- Komandada rəhbərlik və təşkilatçılıq vərdişlərinin tətbiqi
Mənbə: Təhsil Proqramı, 2020
Konvensiya tələbləri
Proqram Beynəlxalq Dəniz Təşkilatının (IMO) və milli qanunvericiliyin aşağıdakı sənədlərinə uyğun hazırlanmışdır:
- STCW-78 — «Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair» 1978-ci il tarixli Beynəlxalq Konvensiya (əlavələrlə), A-III/1 və A-III/2 bölmələri
- SOLAS-74 — «Dənizdə insan həyatının təhlükəsizliyi üzrə» Beynəlxalq Konvensiya
- MARPOL 73/78 — «Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında» Beynəlxalq Konvensiya
- DNGXN — «Dəniz nəqliyyatı gəmilərində xidmət Nizamnaməsi»
- IMO Model Kurs 7.02 və 7.04
Bu sənədlərin tələbləri fənlərin məzmununda (o cümlədən «Beynəlxalq Konvensiyalar» fənni, STCW A-VI/1, A-VI/6) və istehsalat təcrübəsində nəzərə alınır.
Mənbə: Təhsil Proqramı, 2020
Təlim nəticələri
Proqramı bitirən məzun:
- Maşın şöbəsində təhlükəsiz növbəçəkməni müstəqil həyata keçirir, baş qurğuların və köməkçi mexanizmlərin istismarını təmin edir
- SOLAS-74 və MARPOL 73/78 tələblərinə uyğun olaraq gəminin texniki təhlükəsizliyini və ətraf mühitin qorunmasını təmin etmək bacarığı qazanır
- Mühərrik qurğusunun, elektrik və elektron avadanlığının nasazlıqlarını aşkar edir və aradan qaldırır
- Qəza və fövqəladə hallarda beynəlxalq və milli qaydalara uyğun hərəkət edir, gəminin yaşamaq uğrunda mübarizəsini təşkil edir
- Texniki xidmət və təmir işlərini təhlükəsiz və effektiv şəkildə idarə edir
Bu nəticələr STCW-78 Konvensiyasının A-III/1 və A-III/2 bölmələrinin tələbləri əsasında formalaşdırılıb.
Mənbə: Təhsil Proqramı, 2020 (peşə kompetensiyalarının xülasəsi)
Üzmə təcrübəsi
Təcrübə tələbənin nəzəri biliklərinin istehsalatda tətbiqi və peşə bacarıqlarının gücləndirilməsi baxımından proqramın əsas hissəsidir. Təcrübə özəl və dövlət gəmiçilik şirkətlərində, tədqiqat laboratoriyalarında və tədris gəmisində keçirilir. Tədris planına üzmə-tədris təcrübəsi (6 kredit) və istehsalat təcrübəsi — üzmə (15 kredit) daxildir, cəmi 21 kredit. Mənbə: Təhsil Proqramı, 2020
| Şifr | Fənn | Kredit | Cəmi | Auditoriya | Sərbəst |
|---|---|---|---|---|---|
| T-B01Təcrübə | Üzmə-tədris təcrübəsi | 6 | |||
| T-B02Təcrübə | İstehsalat təcrübəsi (üzmə) | 15 | |||
| YDA-B01Təcrübə | Yekun Dövlət Attestasiyası | 9 |
