Elektrik və elektronika mühəndisliyi (Su nəqliyyatı üzrə)
- FakültəGəmi mexanikası və elektromexanikası fakültəsi
- DərəcəBakalavriat
- Müddət4 il
- Təhsil formasıƏyani
- Kredit240
- Şifr6006008
Proqram haqqında
Bakalavriat səviyyəsinin «Elektrik və elektronika mühəndisliyi» ixtisası üzrə Təhsil Proqramı «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanununa, Nazirlər Kabinetinin müvafiq qərarlarına və «Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların (proqramların) Təsnifatı»na uyğun hazırlanmışdır.
Proqramın məqsədləri
- İxtisas üzrə məzunun kompetensiyalarını, ixtisasın çərçivəsini, fənlər üzrə tədris və öyrənmə metodlarını, qiymətləndirmə üsullarını və təlim nəticələrini müəyyənləşdirmək
- Kadr hazırlığı üçün infrastruktura və kadr potensialına olan tələbləri müəyyən etmək
- Tələbənin təcrübə keçmə, işə düzəlmə və təhsilini artırma imkanlarını müəyyənləşdirmək
- Tələbələri və işəgötürənləri məzunların əldə etdiyi bilik və bacarıqlar barədə məlumatlandırmaq
Mənbə: Təhsil Proqramı, 2020
Karyera imkanları
«Elektrik və elektronika mühəndisliyi» ixtisası üzrə bakalavrların peşə fəaliyyətinin əsas istiqamətləri:
- İstehsalat-texnoloji — elektrik və elektronika avadanlıqlarının istismarı, diaqnostikası və təmiri
- Elmi-tədqiqat — elektroenergetika və elektronika sahəsində tədqiqat fəaliyyəti
- Təşkilati-inzibatçılıq — istehsalat proseslərinin təşkili və idarə edilməsi
Bakalavr proqramının məzunları təhsillərini müvafiq sahələr üzrə magistr proqramlarında davam etdirə bilərlər. Ali təhsil müəssisəsi məzunların məşğulluğuna dair müntəzəm sorğular keçirir və vakant iş yerlərinə dair məlumatları öz veb səhifəsində yerləşdirir.
Mənbə: Təhsil Proqramı, 2020
Kompetensiyalar
Ümumi kompetensiyalar
- İxtisası üzrə Azərbaycan dilində şifahi və yazılı kommunikasiya bacarıqları
- İxtisası üzrə ən azı bir xarici dildə kommunikasiya bacarıqları
- Azərbaycan dövlətçiliyinin tarixi, hüquqi, siyasi, mədəni və ideoloji əsasları, müasir dünyadakı yeri və rolu barədə sistemli biliklər
- Milli dövlətimizin qarşılaşdığı təhdid və çağırışları müəyyən etmə bacarığı
- Elektrik avadanlıqlarından və qurğularından, elektronika cihaz və qurğularından, informasiya texnologiyalarından və telekommunikasiya vasitələrindən iş yerində istifadə qabiliyyəti
- Komandada işləmək və problemin həllinə ortaq yanaşma bacarığı
- Yeni şəraitə uyğunlaşmaq, təşəbbüs irəli sürmək qabiliyyəti
- Fəaliyyətində sosial və ekoloji məsuliyyət, vətəndaş şüuru və etik yanaşma
- Bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə özünüqiymətləndirmə və özünütənqid bacarığı
- Peşə fəaliyyətində təbiət elmlərinin əsas qanunlarından, riyazi analiz və modelləşdirmə metodlarından istifadə bacarığı
Peşə kompetensiyaları
- İnformasiya texnologiyalarından, o cümlədən müasir kompüter qrafikasından öz fəaliyyət sahəsində istifadə etmək
- Riyazi analiz, modelləşdirmə, nəzəri və təcrübi tədqiqat metodlarını tətbiq etmək
- Peşə fəaliyyətində normativ hüquqi sənədlərdən istifadə etmək
- Elmi və texniki informasiyanı təhlil etmək, yerli və xarici təcrübəni öyrənmək
- Elektrik və elektron qurğuların istismarında müasir kompüter və informasiya texnologiyalarından istifadə etmək
- Elektrik və elektron avadanlıqlarının diaqnostikasını aparmaq, nasazlıqları aşkar edib aradan qaldırmaq
- Elektrik və elektron sxemləri oxumaq, iş prinsipini bilmək və bərpasını təşkil etmək
- Elektroenergetika, elektrotexniki və elektronika qurğularının layihələndirilməsi üzərində işləmək
- Elektroenergetika və elektrotexniki obyektlərin, elektronika qurğularının sadə layihələrini hazırlamaq
- Sabit və dəyişən cərəyan xətti və qeyri-xətti elektrik dövrələrinin analizi və modelləşdirilməsi
Mənbə: Təhsil Proqramı, 2020
Təlim nəticələri
Proqramı bitirən məzun:
- Elektrik və elektron avadanlıqların diaqnostikasını aparır, yaranmış nasazlıqları aşkar edib aradan qaldırır
- Elektrik və elektron sxemləri oxuyur, iş prinsiplərini bilir və bərpasını təşkil edir
- Sabit və dəyişən cərəyan xətti və qeyri-xətti elektrik dövrələrinin analizini və modelləşdirilməsini aparır
- Elektroenergetika, elektrotexniki və elektronika qurğularının sadə layihələrini hazırlayır
- Peşə fəaliyyətində normativ hüquqi sənədlərdən və müasir informasiya texnologiyalarından istifadə edir
Mənbə: Təhsil Proqramı, 2020 (peşə kompetensiyalarının xülasəsi)
Üzmə təcrübəsi
Təcrübə tələbənin nəzəri biliklərinin praktikada tətbiqi və peşə bacarıqlarının gücləndirilməsi baxımından proqramın əsas hissəsidir. Təcrübə özəl şirkətdə, dövlət müəssisəsində və ya tədqiqat laboratoriyasında təşkil oluna bilər. Mənbə: Təhsil Proqramı, 2020
| Şifr | Fənn | Kredit | Cəmi | Auditoriya | Sərbəst |
|---|---|---|---|---|---|
| T-B01Təcrübə | Tədris təcrübəsi* (üzmə) | ||||
| T-B02Təcrübə | İstehsalat təcrübəsi-1* (üzmə) | ||||
| T-B03Təcrübə | İstehsalat təcrübəsi-2* (üzmə) | ||||
| T-B04Təcrübə | İstehsalat təcrübəsi-3* (üzmə) |
